
MediaTek Dimensity 9300 prosessoru Snapdragon 8 Gen 3-ü geridə qoymaq potensialına sahibdir
Elm & Texnologiya
09.10.2023
Emil
Ice Universe ləqəbli məşhur insayder MediaTek şirkətinin növbəti flaqman prosessoru barəsində məlumatlar verib. Söhbət MediaTek Dimensity 9300-dən gedir. Onun sözlərinə əsasən MediaTek Dimensity 9300 prosessoru AnTuTu-nun bir və çox nüvəli testlərində Snapdragon 8 Gen 3-ün göstəricilərini geridə qoyacaq. İnsayder bildirib ki, MediaTek-in növbəti flaqman prosessoru 3 klasterli CPU-nu əldə edəcək.
Bununla belə prosessorda olacaq Cortex-X4 nüvələrinin sayı 4 olacaq. Əsas nüvənin çalışma tezliyi 3.25 GHz, yerdə qalan nüvələrin çalışma tezlikləri isə 3.0 GHz təşkil edəcək. Dimensity 9300-ün sahib olacağı digər 4 nüvə də güclü olacaq. Söhbət, 2.0 GHz tezlikdə çalışan Cortex-A720 nüvələrindən gedir. Məlumata əsasən Dimensity 9300-də qrafik imkanlardan Arm Immortalis-G720 adlı 12 nüvəli çip cavabdeh olacaq.
Paylaş
Bənzər xəbərlər