main-post-cover

    MediaTek dünyanın ilk 4 nanometrlik mobil prosessorunu hamıdan əvvəl təqdim edə bilər

    Elm & Texnologiya
    20.04.2021
    Emil Nəcəfov
        Tayvanın MediaTek şirkəti keçən il nəzərə çarpacaq nəticələr əldə etmişdi və hətta istehsal olunmuş prosessor sayı baxımından Qualcomm-u geridə qoymuşdu. Şirkət bu il də öz gözləntilərini yüksək tutacaq. Belə ki, bir sıra mənbənin verdiyi məlumata əsasən MediaTek hal hazırda dünyanın ilk 4 nanometrlik mobil prosessoru üzərində çalışır. MediaTek onu ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim etməyi planlaşdırır. Məlumatda qeyd olunub ki, OPPO, Xiaomi, Vivo Samsung kimi şirkətlər sözügedən prosessoru öz məhsullarında istifadə etmək üçün artıq sıraya durublar.
        Gözləntilərə əsasən MediaTek-in 4 nanometrlik mobil prosessoru Qualcomm-un Snapdragon 800 seriyasına daxil olan prosessorları ilə rəqabət apara biləcək və bununla yanaşı enerji sərfiyyatı məsələsində daha effektiv olacaq. Lakin buna baxmayaraq prosessorun istehsalı da ucuz başa gəlməyəcək. Belə ki, hal hazırda TSMC şirkəti aktual olan 5 nanometrlik prosessorları MediaTek üçün 20-35$-a istehsal edirsə bir ədəd 4 nanometrlik prosessorun istehsal xərci 80$ təşkil edəcək. 
    Linki kopyala