MediaTek dünyanın ilk 4 nanometrlik prosessoru olan Dimensity 9000-i təqdim edib

MediaTek dünyanın ilk 4 nanometrlik prosessoru olan Dimensity 9000-i təqdim edib

Texnologiya
19.11.2021 PAYLAŞIM

    MediaTek şirkəti Dimensity 9000 adlı yeni flaqman prosessorunu təqdim edib. Yüksək səviyyəli performansdan əlavə olaraq sözügedən prosessor yeni naqilsiz şəbəkə standartlarının, 320 MP-ə kimi kamera obyektivlərinin və geniş qrafik imkanların dəstəklərini əldə edib. MediaTek Dimensity 9000 prosessoru Arm v9 mikroarxitekturasının bazası əsasında hazırlanıb və o, dünyanın ilk 4 nanometrlik prosessorudur. Bu prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal edilib. Beləliklə Dimensity 9000 modeli özündə 3.05 GHz tezlikdə çalşan 1 ədəd yüksək performanslı Cortex-X2 nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 enerji effektivliyi nüvəsini birləşdirir.


    Prosessorun qrafik özəlliklərindən 10 nüvəli Arm Mali-G710 qrafik çipi cavabdehdir. Bundan əlavə olaraq prosessorun qrafik çipi süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş 6 ədəd ayrıca nüvəyə sahibdir. API Vulkan əsasında olan mobil oyunlar və digər tətbiqlər üçün ray tracing texnologiyasının dəstəyi mövcuddur. Onu da qeyd etmək lazımdır ki, MediaTek-in yeni prosessoru bazarda 320 MP-lik kameralar ilə yeni Bluetooth 5.3 standartının dəstəyinə sahib ilk prosessordur. Prosessora həmçinin 3GPP Release 16 texniki özəlliklərinin dəstəyinə sahib 5G modem inteqrasiya edilib.

    Dimensity 9000 prosessorunda Wi-Fi 6E standartının dəstəyi də reallaşdırılıb. Prosessorun daha bir özəlliyi ondan ibarətdir ki, o, LPDDR5X standartlı RAM yaddaşlarını dəstəkləyir. Analitiklərin fikirlərinə əsasən MediaTek Dimensity 9000 modeli Qualcomm-un yaxın zamanda təqdim edəcəyi flaqman prosessor ilə rəqabət apara biləcək. Dimensity 9000-ə gəldikdə isə ona sahib ilk smartfonlar 2022-ci ilin birinci rübündə təqdim olunacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..

×