
MediaTek-in növbəti flaqman prosessoru Meta-nın Llama 2 dil modelini işə sala biləcək
Elm & Texnologiya
23.08.2023
Emil
MediaTek şirkətinin verdiyi məlumata əsasən onun təqdim olunacaq yeni flaqman prosessoru Meta-nın Llama 2 adlı böyük dil modelinin çalışması üçün optimizasiya ediləcək. Nəticədə böyük dil modelini mobil prosessorlu smartfonda lokal şəkildə işə salmaq mümkün olacaq. Qeyd etmək lazımdır ki, söhbət, MediaTek Dimensity 9300 prosessorundan gedir. MediaTek bildirib ki, o bu layihə üzərində Meta ilə birgə çalışır. MediaTek-in gözləntilərinə əsasən Llama 2-ni smartfonlarda xüsusi tətbiq vasitəsilə işə salmaq mümkün olacaq. Şirkət həmçinin bildirib ki, Dimensity 9300-ə sahib ilk smartfonlar ilin sonuna kimi satışa çıxacaqlar.
Paylaş
Bənzər xəbərlər