Logo
    MediaTek-in növbəti flaqman prosessoru NVIDIA-nın texnologiyalarını əldə edə bilər

    MediaTek-in növbəti flaqman prosessoru NVIDIA-nın texnologiyalarını əldə edə bilər

      Hələ bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, MediaTek şirkəti öz mobil prosessorlarına NVIDA şirkətinin nüvələrini inteqrasiya etməyi planlaşdırır. Görünür, bu həqiqətən də belə olacaq. Belə ki, verilmiş yeni məlumata əsasən MediaTek növbəti flaqman mobil prosessoruna NVIDIA nüvələrini inteqrasiya edəcək. Söhbət, MediaTek Dimensity 9300 prosessorundan gedir. Maraqlısı ondadır ki, məlumata əsasən MediaTek şirkəti NVIDIA GPU-larını təkcə mobil prosessorlarına deyil, həmçinin kompüterlər üçün nəzərdə tutulmuş prosessorlarına da inteqrasiya edəcək.
        Süni zəka ilə çalışmaq üçün nəzərdə tutulmuş tenzor nüvələri də daxil olmaqla NVIDIA-nın digər texnologiyaları MediaTek-ə noutbuklar üçün yüksək performanslı həllər yaratmağa imkan verəcəklər. Bunun sayəsində şirkət kompüterlər üçün nəzərdə tutulmuş Arm prosessorları yarışına girə bilər. Qeyd etmək lazımdır ki, kompüterlər üçün Arm prosessorlarının hazırlanması planına həmçinin Qualcomm və Microsoft şirkətləri də sahibdirlər. Dimensity 9300 prosessoruna gəldikdə isə onun hası GPU-nu əldə edəcəyi bilinmir. Ola bilər ki, prosessor NVIDIA-nın Ada Lovelace arxitekturası əsasında qurulmuş GPU-nu əldə etsin.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    MediaTek-in növbəti flaqman prosessoru NVIDIA-nın texnologiyalarını əldə edə bilər