
MediaTek kompüterlər üçün nəzərdə tutulmuş güclü Arm prosessorları hazırlamağı hədəfləyib
Elm & Texnologiya
16.11.2022
Emil Nəcəfov
MediaTek rəhbərləri şirkətin PC (Personal Computer) bazarına daxil olmaq planlarının olduqlarını açıqlayıblar. Beləliklə MediaTek PC bazarında güclü Arm prosessorlar təqdim etməklə Qualcomm ilə rəqabət aparmaq istəyir. Belə ki, artıq bir neçə ildir ki, Qualcomm PC bazarının müəyyən hissəsini desktop Snapdragon versiyaları ilə ələ keçirtməyə çalışır. Təəssüflər olsun ki, MediaTek bu mövzuda ətraflı məlumat verməyib. MediaTek-in top menecerlərinin sözlərinə əsasən onlar PC bazarında illik 40 milyard dollar dəyərində dövriyyə görürlər.
Bu isə şirkətin inkişafı üçün yeni imkanlar deməkdir. Bununla belə şirkət hazır məhsullara sahib təmsilçiləri almaq əvəzinə mərkəzi və qrafik prosessorları öz gücü hesabına hazırlamağı hədəfləyib. Qeyd etmək lazımdır ki, MediaTek PC bazarına özünün Kompanio adlı prosessorları ilə artıq yavaş-yavaş daxil olmağa başlayıb. Sözügedən prosessorlar ChromeOS vasitəsilə çalışan noutbuklar üçün nəzərdə tutulub. Lakin şirkət müəyyən müddətdən sonra daha güclü desktop prosessorların istehsalını planlaşdırır.
Linki kopyala
Həftənin xəbərləri

