
MediaTek mobil prosessorlar bazarında liderliyini qoruyub saxlayır
Elm & Texnologiya
05.06.2023
Emil
Counterpoint Research şirkəti mobil prosessorlar bazarında şirkətlərin vəziyyətləri barəsində hesabatı təqdim edib. Söhbət, MediaTek, Qualcomm, Apple, Samsung, Unisoc və Huawei HiSilicon-dan gedir. Maraqlısı ondadır ki, MediaTek şirkəti mobil prosessorlar bazarında satışlar üzrə hələ də liderliyini qoruyub saxlayır. Samsung isə keçən ildən bu bazardakı payının 50%-ni itirib. Bu ilin birinci rübündə MediaTek şirkəti keçən ilin sonunda olduğu kimi mobil prosessorlar bazarında liderliyini qoruyub saxlayıb. Belə ki, şirkət bu bazarın 32% payına sahibdir. Qualcomm ilin əvvəlində 9%-lik yüsəliş sərgiləyərək bazarın 28% payını əldə edib.

Apple isə bazar payının 2%-ni itirərək 26%-i ilə üçüncü yerdə qərarlaşıb. Unisoc ilə Samsung şirkətlərində də düşüşlər müşahidə edilib. Unisoc keçən ilin sonunda bazarın 11%-nə sahib idi. İndi isə bu göstərici 8% təşkil edir. Samsung-a gəldikdə onun bazar dəyəri hal hazırda 4% təşkil edir. Keçən il bu göstərici 8% təşkil edirdi. Nəticədə Samsung öz bazar payının 50%-ni itirib. Huawei HiSilicon 2021-ci ilin sonundan başlayaraq bazarın 1%-nə sahibdir. Lakin yaxın gələcəkdə şirkətin yeni mobil prosessorunun istifadəyə veriləcəyi barəsində xəbərlərin fonunda Huawei HiSilicon potensial olaraq bazardakı payını genişləndirə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
