
MediaTek növbəti flaqman mobil prosessoru üzərində çalışır
Elm & Texnologiya
18.04.2023
Emil
Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən MediaTek şirkəti yeni flaqman mobil prosessor üzərində çalışır. İnsayderin sözlərinə əsasən prosessor Dimensity 9300 adını əldə edəcək. Məlumatda qeyd edilib ki, MediaTek sözügedən prosessoru Çinin vivo şirkəti ilə birgə hazırlayır. Dimensity 9300 prosessoru TSMC şirkətinin N4P adlı texnoloji prosesi əsasında hazırlanacaq və bunun sayəsində yeni prosessorun performansı yüksələcək, enerji sərfiyyatı isə aşağı düşəcək. Bundan əlavə olaraq Dimensity 9300 prosessoru Cortex-X4, Cortex-A715 və Cortex-A515 nüvələrini də əldə edəcək. MediaTek bu yeni prosessorunu bu ilin ikinci yarısında təqdim etməlidir. O, Snapdragon 8 Gen 3 ilə rəqabət aparacaq. Prosessoru ilk əldə edəcək smartfon isə vivo x100 flaqman smartfonu ola bilər.
Paylaş
Bənzər xəbərlər