Logo
    main-post-cover

    MediaTek orta seqment smartfonlar üçün Dimensity 6100+ prosessorunu təqdim edib

        MediaTek şirkəti orta qiymət seqmentinə aid olan smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, Dimensity 6100+ prosessorundan gedir. Sözügedən yeni prosessor yaxşı performans və enerji effektivliyi balansına sahibdir. Bununla yanaşı Dimensity 6100+ prosessoru yüksək MP göstəricili kameraları və müasir mobil texnologiyaları dəstəkləyir. MediaTek-in bu yeni prosessoru 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Prosessorun arxitekturası özündə 2 ədəd Cortex-A76 nüvəsini və 6 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
        Bununla yanaşı prosessor 5G modemə də sahibdir. Şirkətin verdiyi məlumata əsasən MediaTek UltraSave 3.0+ adlı texnologiya prosessorun 5G şəbəkələrdə enerji sərfiyyatını aşağı salır. Bu isə öz növbəsində smartfonun bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışmasına imkan verir. Dimensity 6100+ prosessoru 120 Hz-ə kimi olan təsvir yenilənməsinə sahib ekranları, 108 MP-lik kameraları, saniyədə 30 kadr sürətlə 2K keyfiyyətli videoların çəkilişlərini və təsvirlərin emalı üçün nəzərdə tutulmuş süni zəka əsaslı müasir alqoritmləri dəstəkləyir. Dimensity 6100+ prosessoruna sahib ilk smartfonların bu ilin üçüncü rübündə təqdim olunacaqları gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    MediaTek orta seqment smartfonlar üçün Dimensity 6100+ prosessorunu təqdim edib | Technote