main-post-cover

    MediaTek orta səviyyəli smartfonlar üçün Dimensity 8200 prosessorunu təqdim edib

    Elm & Texnologiya
    08.12.2022
    Farid Pardashunas
        MediaTek şirkəti orta səviyyəyə aid edilən yüksək performanslı smartfonlar üçün nəzərdə tutulmuş Dimensity 8200 adlı yeni prosessorunu təqdim edib. Təqdim edilmiş yeni prosessorun fərqləndirici özəllikləri arasında aktual şəbəkə standartlarının, yüksək MP göstəricisinə sahib kameraların və bir sıra faydalı mobil oyun texnologiyalarının dəstəkləridir. Dimensity 8200 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 8 nüvəni birləşdirir. Söhbət, 3.1 GHz tezlikdə çalışan bir ədəd Coxter-A78-dən, 3.0 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A78-dən və 2.0 GHz tezlikdə çalışan dörd ədəd Cortex-A55-dən gedir.
        Prosessorun qrafik imkanlarından Mali-G610 qrafik çipi cavabdehdir. MediaTek-in yeni prosessoru mobil oyunlarda oyun prosesinin axıcılığını təmin edən HyperEngine 6.0 texnologiyasının və oyunlarda ekranın təsvir yenilənməsini tənzimlyən Display Sync 2.0 texnologiyasının dəstəyini əldə edib. Prosessor həmçinin özündə süni zəka alqoritmləri ilə çalışmaq üçün nəzərdə tutulmuş köməkçi çipi və kamera vasitəsilə çəkilmiş fotoların emalı üçün nəzərdə tutulmuş Imagiq 785 çipini birləşdirir. Qeyd etmək lazımdır ki, Dimensity 8200 prosessoru 320 MP-ə kimi olan kamera sensorlarını dəstəkləyir.
        Hal hazırda rekord göstəricidə olan kamera sensorları 200 MP təşkil edirlər. Ola bilər ki, yaxın zamanda kamera sensorları sahəsində yeni rekorda imza atılsın. 5G-dən əlavə olaraq Dimensity 8200 Wi-Fi 6E standartını, LPDDR5 standartlı RAM yaddaşlarını, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini, 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+120 Hz-lik təsvir yenilənməsinə sahib WQHD (Wide Quad High Definition) ekranları dəstəkləyir. Artıq rəsmi olaraq bildirilib ki, Dimensity 8200-ü ilk əldə edəcək smartfonlardan biri Redmi K60E olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər