MediaTek şirkəti avtomobillər və süni zəka sistemləri üçün prosessor istehsalına daha çox diqqət ayıracaq

MediaTek şirkəti avtomobillər və süni zəka sistemləri üçün prosessor istehsalına daha çox diqqət ayıracaq

Texnologiya
01.05.2023 PAYLAŞIM

    Tayvanın prosessor istehsalçısı olan MediaTek avtomobillər və süni zəka əsaslı sistemlər üçün prosessorların istehsalına daha çox resurs sərf edəcək. Şirkət bu cür addım atmağa məcburdur. Belə ki, smartfon bazarında təklif edilən məhsul çeşidi artıq çox genişdir. Məişət əşyaları bazarında tələbat isə inflyasiya və digər neqativ makroiqtisadi faktorlar səbəbilə aşağı düşür.

    “Biz dəqiq şəkildə resurslarımızın böyük hissəsini avtomobil və hesablama texnologiyaları kimi sahələrə yönəldəcəyik. Belə ki, bu sahələr yaxın 3-5 il ərzində bizə böyüməyə kömək edəcəklər” - deyə MediaTek-in general direktoru Rick Tsai qeyd edib. O həmçinin bildirib ki, şirkət generativ süni zəka sahəsinə də ciddi investisiyalar yatıracaq. Belə ki, süni zəka sistemləri ilə çalışmaq üçün optimizasiya edilmiş prosessorlar həmçinin avtopilot sistemli nəqliyyat növlərinin hazırlanması üçün də lazımdır.




DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×