MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı prosessoru təqdim edib

MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı prosessoru təqdim edib

Texnologiya
14.05.2021 PAYLAŞIM

    MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənməsinə sahib ekranları, 108 MP-lik kameraları və aktual olan yaddaş standartlarını dəstəkləyir. Bununla belə bu prosessor büdcəli smartfonlar üçün nəzərdə tutulub. Daxilinə 5G modeminin inteqrasiya olunduğu Dimensity 900 prosessoru 2.4 GHz tezlikdə çalışan 2 ədəd performanslı Cortex-A78 nüvəsinə və 2.0 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsinə sahibdir. Prosessorun arxitekturası elə qurulub ki, o, LPDDR5 RAM yaddaşı standartını və UFS 3.1 daxili yaddaş standartını dəstəkləyir. Bununla yanaşı prosessorun daxilinə Mali-G68 MC4 qrafik çipi inteqrasiya edilib.

    Sözügedən qrafik çip isə 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranları dəstəkləyir. Dimensity 900-ün bir kristallı sistemində süni zəka hesablamaları üçün nəzərdə tutulmuş əlavə prosessor reallaşdırılıb. Həmin əlavə prosessor smartfonun enerji effektivliyini yüksəldir və cihazın daha uzun müddət ərzində çalışmasına nail olur. Yeni prosessorun dəstəklədiyi maksimal kamera göstəricisi 108 MP-dir. Dimensity 900-ün digər özəllikləri arasında Wi-Fi 6 standartının dəstəyi, Bluetooth 5.2-nin dəstəyi və 4K keyfiyyətində HDR videoların çəkilişi var. Gözləntilərə əsasən Dimensity 900-ə sahib ilk smartfonlar bu ilin ikinci rübündə təqdim olunacaqlar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×