main-post-cover

    MediaTek şirkətinin performans testlərində hiylə etdiyi iddia edilir

    Elm & Texnologiya
    10.04.2020
    Nijat Hamid
            MediaTek, smartfonlar üçün prosessor istehsal edən şirkətlərdən biridir. Daha çox giriş və orta seqment smartfonlar üçün prosessor istehsal edən şirkət, bu gün performans testlərində hiylə etdiyi iddiası ilə qarşılaşıb. AnandTech komandasının MediaTek Helio P95 üzərində etdiyi testlərə görə şirkət performans testi olan 3DMark-da hiylədən istifadə edir.

    MediaTek şirkəti bu iddiaları qəbul etmədi və yalanladı. 

            Testlərə görə Helio P95 prosessorunun istifadə edildiyi Oppo Reno 3 Pro smartfonu MediaTek tərəfindən bildirilən 3DMark testlərinə görə daha zəif nəticə ortaya qoydu. Buna səbəb AnandTech test komandasının MediaTek-dən fərqli olaraq hiylədən istifadə etməyərək smartfonu test etməsidir. Həmçinin MediaTek-in təqdim etdiyi və flaqmanlar üçün olan ən ucuz 5G-li prosessor Dimensity 1000-in əslində Helio P95-dən daha zəif olduğu da aşkarlandı.
            Teslərə görə MediaTek şirkəti, hiylə istifadə edərən 3DMark performans testlərində 30%-lik performans artımı əldə edir. Əlbəttə bu doğru nəticə deyil. AnandTech komandasının dediklərinə görə Reno 3 Pro smartfonu 3DMark testinə girdikdə sistem daxilində power_whitelist_cfg.xml adında bir fayl yaradır. Bu fayl vasitəsilə 3DMark tətbiqini aldadaraq daha yüksək nəticələrin ortaya çıxmasına səbəb olur. 
            Qeyd edək ki, bu kimi hiylədən Huawei də istifadə edirdi. Testlərdə hiylə ilə 47%-lik performans artımı əldə edən Huawei, bunu sonradan qəbul edərək hər kəsdən üzr istəmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər