main-post-cover

    Məhkəmə qadağasına baxmayaraq Apple hələ də Çində iPhone satmağa davam edir

    Elm & Texnologiya
    13.12.2018
    Farid Pardashunas
        10 dekabr tarixində Qualcomm şirkəti məhkəmə yolu ilə bir sıra iPhone modellərinin Çində satışlarına qadağa qoyulmasına nail olmuşdu. Lakin Apple şirkəti buna reaksiya verərək hələ də iPhone modellərini Çində satmağa davam edir. Qualcomm şirkətinin hüquqşünaslarının fikrincə bu üsul ilə Apple şirkəti məhkəmənin təyin etdiyi qərarı pozur. CNBC telekanalının efirində Qualcomm şirkəti bir sıra iPhone modellərinin Çində satılmasının qadağan edilməsinə baxmayaraq Apple şirkətinin hələ də bu satışları reallaşdırması üzrə sübutlar təqdim edib.
        Apple şirkətinin bu ölkədə bir neçə mağazaya sahib olmasını nəzərə alsaq bu heç də təəccüblü deyil. Beləliklə Apple şirkəti məhkəmə tərəfindən təyin olunmuş qərarda boşluq aşkar edərək öz cihazlarını satmağa davam edir. Qualcomm şirkətinin hüquqşünasları isə bununla bağlı tətdbirin görülməsi üzrə məhkəməyə müraciət edib. Apple şirkəti isə öz növbəsində bildirib ki, qərar pozuntusu iOS əməliyyat sisteminin yalnız köhnə versiyalarına sahib smartfon modelləri üçün keçərlidir.
        Şirkətin sözlərinə əsasən iOS 12 əməliyyat sistemi isə Qualcomm şirkətinin patent qanunlarını pozmur. Belə ki, bütün cihazlar iOS 12 əməliyyat sistemi ilə satılırlar. Bu baxımdan Apple şirkəti sözügedən cihazları satmaq hüququnun olduğunu qeyd edib. Qadağanın bütün cihazlara və ya yalnız köhnə əməliyyat sisteminə sahib cihazlara şamil olunması isə məhkəmə tərəfindən təyin edilməlidir. Apple bildirib ki, məhkəmənin ilk qərarını şikayət edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər