
Meizu M5S-in foto və texniki göstəriciləri anonsundan öncə sızdırıldı
Elm & Texnologiya
08.05.2017
Meizu M5S smartfonunun fotoları Çinin TENAA adlı sertifikatlaşdırma saytında aşkar edilib.
Xarici görünüşcə yeni cihaz, Meizu M5-ə oxşasa da ondan fərqli
olaraq metal korpusa sahib olacaq. Bu xüsusiyyətindən başqa onu Meizu M5-dən fərqləndirmək
olmayacaq. Görünür "Meizu” dizaynerləri təcrübə aparmağı bacarmırlar. Yenilənmiş
model, köhnəsindən 3 funksiya ilə fərqlənəcək. Belə ki, Meizu M5S, 5.2 inç
ekran, 8 nüvəli və 1.3 GHz tezlikli prosessor (növü hələki məlum deyil), 2/3/4
GB RAM, 16/32/64 GB daxili yaddaş, 2930 mAh enerji tutumlu batareya təchiz
olunacaq. Smartfon 13 MP-lik arxa və 5 MP-lik ön kameraya sahib olacaq. Cihaz Android 6.0 əməliyyat sistemi vasitəslə çalışacaq. Meizu M5S-in qiyməti bilinməsə
də, texniki göstəricilərindən belə qənaətə gəlmək olar ki, smartfon büdcəli
olacaq. Çox güman ki, o, Çin bazarından başqa digər bazarlarda da satışa
çıxacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...