main-post-cover

    'Meizu' şirkəti büdcəli M6S modelini təqdim etdi

    Elm & Texnologiya
    17.01.2018
    Farid Pardashunas
    “Meizu” şirkəti rəsmi olaraq Meizu M6S smartfonunu təqdim etdi.
    Əgər son bir neçə ildə şirkət bu smartfon seriyasında heç nəyi dəyişmirdisə, bu dəfə yeni modeldə bir xeyli dəyişikliklər reallaşdırıb. Buna misal olaraq fiziki Home düyməsinin ümumiyyətlə yoxa çıxmasını gətirmək olar. Həmçinin M6S şirkətin ilk smartfonudur ki, ekranı 18:9 nisbətindədir. Ənənəvi fiziki mBack düyməsi yerinə M6S-də onun sensorlu analoqu yer alıb. Ayarlarda istifadəçilər çoxfunksiyalı bir düyməni və ya standart 3 düyməli idarəetmə sistemini seçə bilərlər.

    Barmaq izi skanı qalsa da öz yerini dəyişib. Onun ekrana inteqrasiya olunacağı barəsində şayiələr özünü doğrultmadı. Beləliklə M6S-də barmaq izi skanı smartfonun sağ tərəfində olan çıxıntıda yerləşdirilib. Şirkətin məlumatına əsasən sözügedən barmaq izi skanı 0.2 saniyə ərzində reaksiya verir. Yeni modeldə olan yeniliklərdən biri də 18:9 nisbətində 1440x720 piksel keyfiyyətli 5.7 inç-lik ekrandır. Yeni modeldə şirkət MediaTek prosessorundan imtina edərək 6 nüvəli Samsung Exynos 7872 prosessorundan istifadə edib.
    Həmçinin smartfon Mali-G71 qrafik sürətləndiricisi, 3 GB RAM, 32/64 GB daxili yaddaş və 3000 mAh enerji tutumlu batareya ilə də təchiz olunub. Batareya sürətli enerji yığma özəlliyinə sahibdir və onun sayəsində smartfon 30 dəqiqə ərzində 52% enerji yığa bilir. M6S “Saumsung”un hazırladığı f/2.0 diafraqmalı 16 MP-lik arxa kamerasına və f/2.0 diafraqmalı 8 MP-lik ön kamerasına sahibdir. Cihazın hansı Android versiyasında çalışacağı barəsində heç bir məlumat verilməyib. Meizu M6S 19 Yanvar tarixində satışa çıxacaq. 32 GB daxili yaddaşa sahib versiya 155$-a, 64 GB daxili yaddaşa sahib versiya isə 186$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər