Logo
    main-post-cover

    Meizu şirkəti ilk AR eynəyini anons edib

         Meizu şirkəti yeni cihazının təqdimatına işarə edən tizer posterini təqdim edib. Söhbət, AR funksiyalara sahib smart eynəkdən gedir. Şirkətin AR dəstəkli smart eynəyinin texniki göstəriciləri barəsində ətraflı məlumat yoxdur. Bununla belə şirkətin sözlərinə əsasən smart eynək olduqca yüngül və bununla belə geniş funksionallığa sahib olacaq. Şirkət tərəfindən təqdim edilmiş tizer posterinə əsasən smart eynək adi Günəş eynəkləri dizaynında reallaşdırılacaq. Meizu-nun AR eynəyinin nə zaman təqdim olunacağı hələ bilinmir.
    Paylaş
    Bənzər xəbərlər