
"Meizu" şirkəti rəsmi olaraq Meizu M5 Note-u təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid
"Meizu” şirkəti Pekində keçirtdiyi tədbir çərçivəsində Meizu M5 Note-u təqdim etdi.
Beləliklə yeni fablet bazardaMeizu M3-ü əvəz edəcək. Yeni smartfonun korpusu metaldan hazırlanıb. Korpusun kənarlarında
bu dəfə plastik çərçivələr yoxdur. Korpusun metalı daha qalın olduğundan Meizu
M5 Note daha güvənlir bir təsir bağışlayır. Prosessor daha dərin
optimizasiyadan keçərək smartfonun performansını yüksəltmiş, enerji sərfiyyatını
isə azaltmışdır. Digər yenilənmələr siyahısında hibrid avtofokuslu yeni arxa
kameradır. Beləliklə çəkilmiş fotolar Meizu M3 Note-dakı kamera performansından
daha yüksəkdir. Yeni smartfonun əsas texniki göstəriciləri isə aşağıdakı
kimidir.
- 5.5 inç IPS Full HD ekran
- 8 nüvəli MediaTek Helio P10
prosessoru
- 3/4 GB RAM və 16/32/64 GB daxili
yaddaş
- 13 MP arxa və 5 MP ön kamera
- Sürətli enerji yığma özəllikli
4000 mAh enerji tutulu batareya
- Android 6.0 əməliyyat sistemi və barmaq izi skanı
3 GB RAM-a və 16 GB daxili yaddaşa
sahib model 140$-a, 3
GB RAM-a və 32 GB daxili yaddaşa sahib model 157$-a, 4 GB RAM-a və 64 GB daxili
yaddaşa sahib model isə 189$-a
satılacaq.
Paylaş
Bənzər xəbərlər