Məlumatların saniyədə 10 Gbit sürətlə ötürülməsi: Qualcomm Snapdragon X70 5G modemi təqdim edilib

Məlumatların saniyədə 10 Gbit sürətlə ötürülməsi: Qualcomm Snapdragon X70 5G modemi təqdim edilib

Texnologiya
02.03.2022 PAYLAŞIM

    Qualcomm şirkəti Snapdragon X70 5G adlı yeni flaqman modemini təqdim edib. Məlumatda qeyd edilib ki, sözügedən modem dünyada ilk dəfə modem radiotezlik sistemində süni zəka prosessorunu əldə edib. Sadə sözlə desək, Snapdragon X70 5G modemində ayrıca süni zəka bloku mövcuddur və bunun mobil şəbəkə üçün nəzərdə tutulmuş modemdə reallaşdırılması bir ilkdir. Modemə inteqrasiya edilmiş süni zəka bloku Qualcomm 5G AI Suite adlanır. Sürətin artırılması, əhatə dairəsinin genişlənməsi, siqnal gecikməsinin minimuma endirilməsi, enerji effektivliyinin yüksəldilməsi və şəbəkə kanallarının etibarlılıqlarının təmin olunması üçün sözügedən süni zəka bloku sub-6 GHzmmWave kanallarını optimizasiya edir. Qualcomm bildirib ki, Snapdragon X70 5G modemi 600 MHz-dən 41 GHz-ə kimi istənilən 5G diapazonunu dəstəkləyə bilir. Məlumatların ötürülməsi sürətinə gəldikdə isə o, saniyədə 10 Gbit sürəti təmin edir. Gözləntilərə əsasən sözügedən modemə sahib olacaq ilk smartfonlar artıq bu ilin sonunda təqdim olunacaqlar.




DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×