Mercedes-Benz şirkəti Nvidia ilə əməkdaşlığa başlayıb: İki şirkət hansı texnologiyanı yaradacaq?

Mercedes-Benz şirkəti Nvidia ilə əməkdaşlığa başlayıb: İki şirkət hansı texnologiyanı yaradacaq?

Texnologiya
24.06.2020 PAYLAŞIM

    Mercedes-BenzNvidia şirkətləri avtomobillər üçün nəzərdə tutulmuş yeni nəsil superkompüterin yaradılması yolunda əməkdaşlıqlarını elan ediblər. Bu barədə The Verge saytı xəbər verib. Mercedes şirkəti yeni texnologiyanın öz avtomobillərinə 2024-cü ildən başlayaraq inteqrasiya etməyi planlaşdırır. Bu yeni texnologiya avtomobilin avtonom idarəsi üçün olan müxtəlif tətbiqləri və sürücüyə yardım məsələsində müasir sistemləri dəstəkləyəcək.

    Bundan əlavə olaraq sözügedən texnologiya smartfonda olduğu kimi naqilsiz şəkildə proqram təminatının yenilənməsini də dəstəkləyəcək. Yeni platforma Nvidia-nın Orin adlı prosessoru əsasında hazırlanacaq. Şirkət bu prosessoru 2019-cu ilin sonunda təqdim etmişdi. Orin prosessoru aşağı enerji sərfiyyatı ilə saniyədə 200 trilyon əməliyyat yerinə yetirə bilir. Nvidia Drive sistemi isə sürücünün yola diqqətini qiymətləndirmək üçün onun baş və göz hərəkətlərini təyin edir. Bundan əlavə olaraq bu sistem sürücünün yuxu səviyyəsini ölçmək üçün onun göz qapama tezliyinə nəzarət edir.


    Sürücü sükan arxasında yuxuya gedən zaman Nvidia Drive sistemi ona audio, vizual və ya toxunuşla duyula bilən bildiriş vasitəsilə xəbərdarlıq edəcək. Nvidia Drive sistemi həmçinin avtomobildən kənarda olan vəziyyəti də müşahidə etmək qabiliyyətinə sahibdir. Məsələn, əgər sürücü avtomobildən enmək istəyirsə və ona tərəf yaxınlaşan velosipedi görmürsə, sistem bu barədə ona xəbərdarlıq edə və ya velosipedin uzaqlaşmasına kimi avtomobil qapısının açılmasını deaktiv edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kontakt Home Bosch brendinin Azərbaycandakı rəsmi distribütoru oldu

Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan Kontakt Home dünyaca m..


Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi ilə çalışan ilk elektromobil təqdi..

Xüsusi təqdimat tədbiri çərçivəsində Huawei şirkəti Çinin BYD adlı avtomobil istehsalçısı ilə birlik..


Vivo şirkəti FlashCharge adlı 120 vatt gücündə sürətli şarj texnologiyasını təqd..

Vivo şirkəti iQOO brendi altında yeni sürətli şarj texnologiyasını təqdim edib. Yeni texnologiya Fla..


Apple şirkəti AR eynəklərin hazırlanmasında yeni mərhələyə keçid edib

Apple və Foxconn şirkətləri birgə artırılmış reallıq cihazının yaradılması məsələsində əsas məqama ç..


Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər

Sızdırılan yeni patentə görə Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər...


Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti tə..

Elon Musk-ın beyin implantlarının hazırlanması ilə məşğul olan gizli Neuralink şirkəti gələn ay təqd..

×