Logo
    main-post-cover

    Məşhur analitik AirPods Pro 2 barəsində yeni məlumatlar verib

    Elm & Texnologiya
    03.01.2022
    Emil
        Məşhur analitik Ming-Chi Kuo bu ilin sonuna gözlənilən naqilsiz AirPods Pro 2 qulaqlıqları barəsində yeni məlumatları təqdim edib. Beləliklə analitikin verdiyi məlumata əsasən AirPods Pro 2 qulaqlıqları yenilənmiş xarici görünüşə və Lossless texnologiyasının dəstəyinə sahib olacaqlar. Qeyd etmək lazımdır ki, Lossless texnologiyası səsi elə sıxır ki, onun keyfiyyəti itmir. Hal hazırda heç bir AirPods modeli sözügedən texnologiyanın dəstəyinə sahib deyil. Apple şirkətinin bütün naqilsiz qulaqlıq modelləri Bluetooth vasitəsilə çalışırlar.
        Bu iə o deməkdir ki, onlar Advanced Audio Codec adlı kodekin imkanları ilə məhdudlaşıblar. Görünür, bu il bu vəziyyət dəyişəcək. Belə ki, analitik qeyd edib ki, AirPods Pro 2 qulaqlıqları Apple Lossless Codec adlı kodekin dəstəyini əldə edəcəklər. Bu kodekin vasitəsilə səslənmə keyfiyyəti daha da yüksələcək. Yeni xarici görünüşə gəldikdə isə analitik AirPods Pro 2-nin necə görünəcəyi barəsində məlumat verməyib. Hələ bir neçə müddət bundan öncə o bildirmişdi ki, AirPods Pro 2 xarici görünüşcə Beats Fit Pro qulaqlıqlarını xatırlada bilər. AirPods Pro 2-nin bu ilin dördüncü rübündə təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər