main-post-cover

    Məşhur analitik AirPods Pro 2-nin nə zaman satışa çıxacağını açıqlayıb

    Elm & Texnologiya
    26.05.2022
    Farid Pardashunas
        Naqilsiz AirPods Pro qulaqlıqlarının birinci nəsli 2019-cu ilin oktyabr ayında satışa çıxmışdı. Çox güman ki, yaxın zamanda sözügedən qulaqlıqların ikinci nəsli satışa çıxacaq. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən AirPods Pro 2-nin irimiqyaslı istehsalına artıq bu ilin ikinci yarısında start veriləcək. Onların satışa çıxmaları da həmin vaxtda baş tutmalıdır. Analitik bildirib ki, istehsalat prosesi Vyetnamda reallaşdırılacaq. Bu bir daha onu sübut edir ki, bu üsul ilə Apple şirkəti Çindən olan istehsalçılardan asılılığını aşağı salmaq istəyir. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət Çindən olan istehalçılara istehsalat prosesinin bir hissəsinin Vyetnama və Hindistana köçürülməsi barəsində artq məlumat verib.
        AirPods Pro 2-yə gəldikdə isə analitik qeyd edib ki, sözügedən qulaqlıqlarda şarj prosesi üçün Lightning girişindən istifadə ediləcək. Beləliklə yeni qulaqlıqlarda USB Type-C girişinin olacağına ümid bəsləmək lazım deyil. Gözləntilərə əsasən AirPods Pro 2 istifadəçi səhhətinin monitorinqini reallaşdıracaq funksiyaları da əldə edəcək. Yeni qulaqlıqlarda xüsusi sensorların olacağı gözlənilir. Həmin sensorlar vasitəsilə qulaqlıqları fitnes treker rolunda istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Apple şirkətinin öz cihazlarında USB Type-C girişini reallaşdıracağı barəsində məlumat ortaya çıxmışdı. Bu cür cihazlar arasında iPhone smartfonları və AirPods qulaqlıqları da olacaq. Lakin bunun nə zaman baş verəcəyi dəqiq şəkildə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər