main-post-cover

    Məşhur analitik: 'Apple artıq AR cihazının ikinci nəsli üzərində çalışır'

    Elm & Texnologiya
    08.12.2021
    Farid Pardashunas
        Apple şirkətinin ilk AR cihazı (Artırılmış Reallıq) barəsində məlumatların hələ ki, yalnız analitiklərin proqnozlarında təqdim olunmalarına baxmayaraq ortaya çıxmış yeni məlumata əsasən Apple artıq AR cihazın ikinci nəsli üzərində çalışmağa başlayıb. Bu barədə xəbəri məşhur analitik Ming-Chi Kuo verib. Beləliklə analitikin sözlərinə əsasən Apple şirkətinin AR cihazının ikinci nəsli daha yüngül konstruksiyaya, yeni batareya sisteminə və daha güclü prosessora sahib olacaq. Analitikin fikirlərinə əsasən Apple AR cihazın ikinci nəslini 2024-cü ilin ikinci yarısında satışa çıxardacaq. Bununla yanaşı analitik şirkətin birinci nəsil AR cihazı barəsində yeni məlumatları da təqdim edib. Gözləntilərə əsasən şirkət onu gələn il təqdim edəcək.
        Beləliklə analitik bildirib ki, AR cihazın birinci nəslinin çəkisi 300-400 qramm təşkil edəcək. Bununla yanaşı cihaz AR rejimdən VR (Virtual Reallıq) rejimə keçidi hamar şəkildə təmin edəcək. Bu isə öz növbəsində cihazın innovasiyalı imkanlarını sərgiləyəcək. Hələ bir neçə müddət bundan öncə Ming-Chi Kuo bildirmişdi ki, Apple şirkətinin ilk AR cihazı avtonom şəkildə çalışacaq və iki ədəd prosessor ilə təchiz olunacaq. Gözləntilərə əsasən prosessorlardan birinin gücü Apple M1 prosessorunun gücü ilə eyni səviyyədə olacaq. Bir neçə gün bundan öncə isə Bloomberg saytının nüfuzlu analitiki Mark Gurman bildirmişdi ki, Apple şirkətinin AR cihazı ilk növbədə mobil oyun həvəskarları və multimedia kontenti istehlakçıları üçün nəzərdə tutulacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər