Məşhur analitik: 'Apple artıq qarışıq reallıq cihazının ikinci nəsli üzərində çalışır'

Məşhur analitik: 'Apple artıq qarışıq reallıq cihazının ikinci nəsli üzərində çalışır'

Texnologiya
17.05.2023 PAYLAŞIM

    Gələn ay baş tutacaq WWDC 2023 konfransı çərçivəsində Apple şirkətinin öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edəcəyi gözlənilir. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple artıq MR cihazın ikinci nəsli üzərində çalışır. Bununla yanaşı analitik bildirib ki, şirkət MR cihazın ikinci nəslini iki versiyada təqdim etməyi planlaşdırır. Söhbət, MR cihazın adi və Pro versiyalarından gedir.

    Məlumatda qeyd edilib ki, Apple birinci MR cihazdan fərqli olaraq ikinci nəsil MR cihazların 9 dəfə daha çox satılmasına nail olmaq niyyətindədir. Qeyd etmək lazımdır ki, birinci MR cihaz hələ heç satışa belə çıxmayıb. Son məlumat sızıntılarına əsasən şirkətin ilk MR cihazı 3000$ satış qiymətinə sahib olacaq. Analitiklərin sözlərinə əsasən Apple üçün tamamilə yeni olan bu məhsulun birinci il ərzində satışları 7-10 milyon ədəd təşkil edə bilər. Ming-Chi Kuo-nun fikrincə MR cihazın ikinci nəslini 2025-ci ilə kimi gözləmək lazım gələcək.




DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×