Məşhur analitik: 'Apple büdcəli AirPods Lite və yeni AirPods Max üzərində çalışır'
Elm & Texnologiya
12.01.2023
Farid Pardashunas
Məşhur analitik Ming-Chio Kuo-nun verdiyi yeni məlumata əsasən Apple şirkəti minimum iki yeni AirPods modeli üzərində çalışır. Söhbət, büdcəli AirPods Lite modelindən və AiPods Max-ın yenilənmiş versiyasından gedir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin büdcəli AirPods üzərində çalışdığı barəsində məlumat bir neçə müddət bundan öncə başqa insayder tərəfindən təqdim edilmişdi. Ming-Chi Kuo isə bu məlumatı təsdiqləyib. Analitik bildirib ki, büdcəli AirPods Lite 99$ qiymətində satışa çıxacaq.
Qeyd etmək lazımdır ki, hal hazırda AirPods 2 modeli 129$-a, AirPods 3 modeli isə 169$-a satılır. Bununla yanaşı analitik bildirib ki, AirPods Lite büdcəli qulaqlıqların şərti adı qismində çıxış edir. Heç istisna deyil ki, şirkət nəticədə qulaqlıqları fərqli şəkildə adlandırsın. Analitik üstəlik bildirib ki, şirkət yeni AirPods Max modeli üzərində çalışır. Lakin sözügedən qulaqlıqda hansı yeni özəlliklərin olacağı barəsində məlumat verilməyib. Analitikin sözlərinə əsasən Apple sözügedən qulaqlıqları gələn ilin ikinci yarısında təqdim edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)