
Məşhur analitik: 'Apple ilk qarışıq reallıq (AR + VR) cihazını WWDC 2023 konfransında anons etməyə bilər
Elm & Texnologiya
31.03.2023
Emil
Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən ola bilər ki Apple iyun ayında keçiriləcək WWDC 2023 konfransı çərçivəsində öz ilk qarışıq reallıq (AR + VR /Mixed Reality) cihazını anons etməsin. Analitikin sözlərinə əsasən bəzi hallar səbəbilə şirkət öz ilk MR cihazının bazarda lazımi səviyyədə qarşılanmayacağı fikrinə gəlib çıxmış ola bilər. Bu halda şirkət MR cihazın istehsalını 1-2 aylıq təxirə salacaq. Yəni qarışıq reallıq cihazının istehsalına bu ilin üçüncü rübündə start verilə bilər. Bu səbəbdən də şirkət cihazın anonsunu təxirə salacaq.
Analitik bildirib ki, Apple şirkəti anlayır ki, hal hazırki vəziyyətdə istifadəçilərin MR cihazına maraqları aşağı düşə bilər. Məlumatda qeyd edilib ki, bunun üçün bir sıra faktor var. Onlara misal olaraq qlobal iqtisadi böhranı və MR cihaz ilə artıq yaxından tanış olmuş tətbiq tərtibatçılarının cihaz haqqında heç də müsbət olmayan fikirlərini gətirmək olar. Son məlumatlara əsasən Apple şirkətinin ilk qarışıq reallıq cihazının qiyməti 3000$ təşkil edəcək. Şirkət üçün tamamilə yeni növ olan bu məhsulun bu qədər yüksək satış qiymətinə sahib olacağına baxmayaraq Apple bu ilin sonuna kimi 300 000 ədəd MR cihaz satmağı planlaşdırır.
Paylaş
Bənzər xəbərlər