Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'

Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'

Texnologiya
20.10.2021 PAYLAŞIM

    Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sayda məlumatlar ortaya çıxır. Lakin şirk'tin bu cür cihazı nə zaman satışa çıxardacağı barəsində dəqiq bir məlumat yoxdur. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple qarışıq reallıq cihazının irimiqyaslı istehsalını 2022-ci ilin sonuna kimi təxirə salıb. Səbəb isə cihazın qəliz konstruksiyaya sahib olmasıdır. Analitikin sözlərinə əsasən Apple şirkətinin öz rəqiblərindəki buna bənzər məhsullarından fərqli olaraq öz qarışıq reallıq cihazının dizaynına və imkanlarına tələbləri yüksəkdir. Analitik qeyd edib ki, sözügedən məhsulun satışa çıxarılmasına yaxın Apple artıq cihazdan, tətbiqlərdən və xidmətdən ibarət sıx ekosistemin olmasını istəyir.

    Bu səbəblə də qarışıq reallıq cihazının satışa çıxması ləngiyə bilər. Analitik bildirib ki, Apple şirkətinin qarışıq reallıq eynəyinin irimiqyaslı istehsalına 2022-ci ilin dördüncü rübündə start veriləcək. Lakin əvvəlki məlumatlarda analitik bildirirdi ki, istehsala 2022-ci ilin ikinci rübündə start veriləcək. Güman olunur ki, Apple öz qarışıq reallıq cihazını oyunlar üçün nəzərdə tutulmuş məhsul qismində təqdim etməyəcək. Bunun yerinə şirkət cihazı müxtəlif növ kateqoriyalara aid tətbiqlərlə çalışmaq imkanını verən məhsul kimi təqdim edəcək. Analitik onu da əlavə edib ki, digər istehsalçıların analoqlarından fərqli olaraq Apple şirkətinin qarışıq reallıq cihazı ən yaxşı sənaye dizaynına sahib olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung-un 10 000 mAh-lıq yeni powerbankının render fotoları təqdim edilib

Roland Quandt adlı məşhur insayder Samsung şirkətinin növbəti yeni məhsulunun render fotolarını təqd..


Apple M2 Max prosessoru Geekbench testlərindən keçib

Apple şirkətinin hələ təqdim edilməmiş M2 Max adlı 12 nüvəli prosessoru Geekbench bençmark saytının ..


Corning şirkəti Gorilla Glass Victus 2 qoruyucu şüşəsini təqdim edib (VİDEO)..

Corning şirkəti Gorilla Glass Victus 2 adlı yeni qoruyucu şüşəsini təqdim edib.


Xiaomi Watch S2 smart saatının fotoları ortaya çıxıb

İnternetdə Xiaomi şirkətinin yeni smart saatının rəsmi fotoları ortaya çıxıb. Söhbət, Xiaomi Watch S..


Dünya Çempionatının rəsmi televizoru - Hisense icmal

4 ildir gözlədiyimiz Dünya Çempionatı nəhayət ki, başladı. Mən də fikirləşdim ki, mövzunu necə texno..


Özündə naqilsiz qulaqlıqları birləşdirəcək Huawei Watch Buds adlı smart saatın t..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti yeni qeyri-adi smart saa..

×