Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqlayıb

Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqlayıb

Texnologiya
09.06.2021 PAYLAŞIM

    WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq cihazını nə zaman təqdim etməyi planlaşdırdığı barəsində məlumat verib. Analitikin sözlərinə əsasən əgər hər şey plan üzrə getsə şirkət artırılmış reallıq cihazının təqdimat tədbirini aprel, may və ya iyun ayında keçirdəcək. Apple şirkətinin artırılmış reallıq cihazı üçün komponentlərin istehsalı ilə Tayvanın Genius Electronic Optical (GEO) şirkəti məşğul olacaq. Bununla yanaşı bu şirkət həmçinin bu il təqdim olunacaq iPhone 13 üçün də komponent istehsalı ilə məşğuldur. Gözləntilərə əsasən Apple şirkətinin artırılmış reallıq cihazı Sony Micro-OLED ekranlar ilə təchiz olunacaq.

    Həmin ekranlar iki çalışma rejimini əldə edəcəklər. Onlardan biri AR üçün nəzərdə tutulmuş şəffaf rejim, digəri isə VR üçün nəzərdə tutulmuş qeyri şəffaf rejim olacaq. Ümumilikdə cihaz 15 kameraya sahib olacaq. Bununla yanaşı cihaz Apple şirkətinin servislərini dəstəkləyəcək. Bu isə o deməkdir ki, şirkətin ilk AR cihazı Apple ekosisteminə sıx inteqrasiya olunacaq. Məlumatda qeyd edilib ki, Apple şirkətinin təqdim edəcəyi bu cihazın qiyməti 1000$ civarında olacaq. Onun çəkisi təqribi olaraq 200-300 qramm təşkil edəcək. Cihazdan istifadə etmək üçün isə stolüstü kompüter və ya noutbuk lazım olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..


Watch Series 6 smart saat istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiy..

Counterpoint Research şirkətinin analitikləri Watch Series 6 smart saatının istehsalının Apple şirkə..

×