main-post-cover

    Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib

    Elm & Texnologiya
    26.11.2021
    Emil Nəcəfov
        Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallıq) layihəsinə gələn ilin sonunda start veriləcək. Analitikin sözlərinə əsasən AR cihaz 2 ədəd prosessor əldə edəcək. Onlardan biri əsas prosessor rolunda çıxış edəcək və onun hesablayıcı gücü Mac kompüterlərində istifadə olunan M1 prosessorunun hesablayıcı gücü ilə eyni olacaq. İkinci prosessor isə köməkçi prosessor rolunda çıxış edəcək və cihazın sensorlu funksiyalarından istifadədən cavabdeh olacaq. Analitik bildirib ki, ilk əvvəl AR cihaz avtonom şəkildə çalışacaq və onu iPhone və ya Mac cihazına qoşmaq lazım olmayacaq. Analitik əmindir ki, Apple sözügedən cihazı çoxlu sayda müxtəlif tətbiq ilə təmin edəcək.
        Bununla yanaşı analitik bildirib ki, 10 il ərzində Apple ümumiyyəltə iPhone smartfonlarını məhz bu cür AR cihaz ilə əvəz edəcək. Apple şirkətinin ilk AR cihazında həmçinin VR (Virtual Reallıq) texnologiyasının dəstəyi də gözlənilir. Məlumata əsasən VR texnologiyasının dəstəklənməsi Sony şirkətinun 4K keyfiyyətli Micro OLED ekranları vasitəsilə mümkün olacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə analitik bildirmişdi ki, Apple şirkəti öz AR cihazının irimiqyaslı istehsalını 2022-ci ilin dördüncü rübünə kimi təxirə salıb. Belə ki, AR cihaz qəliz konstruksiyaya sahibdir. Keçən həftə isə analitik qeyd etmişdi ki, AR cihaz Wi-Fi 6E standartını dəstəkləyəcək. 
    Linki kopyala