main-post-cover

    Məşhur analitik Apple Watch Ultra 2 barədə məlumat verib

    Elm & Texnologiya
    17.07.2023
    Emil Nəcəfov
        Məşhur analitik Ming-Chi Kuo sentyabrda təqdim olunması gölzənilən Apple Watch Ultra 2 smart saatı barəsində məlumatlar verib. Onun sözlərinə əsasən şirkət yeni Watch Ultra-da 3D printer vasitəsilə çap ediləcək bəzi detallardan istifadə edəcək. Ümumilikdə şirkət öz məhusllarının istehsalları prosesinə 3D çap texnologiyasının inteqrasiyasına artıq start verib. Analitik bildirib ki, yeni Apple Watch Ultra çərçivəsində söhbət, titan materialdan çap ediləcək mexaniki detallardan gedir.
        Bu, smart saatın dairəvi formada olan kənar düyməsi və ya digər idarəetmə düymə ola bilər. Hal hazırda aktual olan Watch Ultra-da yeganə mexaniki hissələr məhz həmin düymələrdir və onlar CNC (Computer Numerical Control) dəzgahları vasitəsilə hazırlanırlar. Smart saatın istehsalı prosesində 3D çapdan istifadə isə öz növbəsində istehsal müddəti ilə xərclərini aşağı sala bilər. Buna görə də analitik əmindir ki, Apple gələcəkdə öz cihazları üçün daha çox detalı məhz 3D çap vasitəsilə hazırlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər