main-post-cover

    Məşhur analitik Galaxy Note 9 haqqında məlumat verdi

    Elm & Texnologiya
    10.03.2018
    Emil Nəcəfov
    “KGI Securities” şirkətinin məşhur analitiki Ming-Chi Kuo “Samsung”un növbəti flaqman modeli olacaq Galaxy Note 9 haqqında bəzi məlumatları verib.
        Onun sözlərinə əsasən şirkət yeni flaqman modelinə günümüzdə ən perspektivli texnologiyalardan birini inteqrasiya etməyəcək. O bildirib ki, Galaxy Note 9-da ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını gözləmək lazım deyil. Qeyd etmək lazımdır ki, bundan öncə o tam dəqiqliklə bu texnologiyanın həmçinin Galaxy S9S9+ modellərində də olmayacağını bildirmişdi. Onun sözlərinə görə “Samsung” bu texnologiyadan texniki problemlərə görə imtina edib.
        Maraqlısı ondadr ki, məhz bu cür səbəbdən keçən il sözügedən texnologiya Galaxy Note 8 modelində də reallaşdırılmadı. Görünür, şirkət həqiqətən də perspektivli texnologiyalar dalınca qaçmamaq üzrə qurulmuş yeni strategiya üzrə gedir. Qeyd etmək lazımdır ki, Barselonada keçirilmiş MWC 2018 tədbirində şirkətin mobil telefonlar şöbəsinin direktoru bildirmişdi ki, şirkət artıq yeni texnologiyaların inteqrasiya olunması üzrə ilklərdən olmayacaq. Bundan sonra onlar yeni texnologiyaları yalnız o zaman reallaşdıracaqlar ki, həmin texnologiyalar həm istifadəçilərin həmdə şirkətin tələblərinə uysunlar.
    Linki kopyala