Məşhur analitik gələn ilki iPhone 12-nin qiyməti barəsində məlumat verdi

Məşhur analitik gələn ilki iPhone 12-nin qiyməti barəsində məlumat verdi

Texnologiya
10.10.2019 PAYLAŞIM

    Keçən ay təqdim edilmiş iPhone 11 modellərindən iPhone 11 Pro Max Apple şirkətinin ən bahalı smartfon modeli oldu. Lakin görünür, növbəti smartfon qiymət göstəricisi mövzusunda yeni rekorda imza atacaq. Belə ki, nüfuzlu analitik Ming-Chi Kuo bildirib ki, iPhone 12 modeli daha baha qiymətə satılacaq və bunun nəyə görə belə olacağına aydınlıq gətirib. Bu barədə Wccftech.com saytı xəbər verib.

    Öz yeni hesabatında Ming-Chi Kuo güman edib ki, yeni istehsalat üsulu ilə bir çox materiallardan ibarət komponentlərin yeni Apple smartfonlarının gövdələrinə inteqrasiyası növbəti nəsil iPhone modellərinin qymətlərinin yüksəlməsinə səbəb olacaq. Məlumata əsasən iPhone 12-nin hazırlanması zamanı Apple mütəxəssisləri iPhone 4-dən ilhamlana bilərlər. Bununla belə smartfonun maya dəyəri yüksələcək.


    Həmçinin analitikin gözləntilərinə əsasən bütün iPhone 12 modelləri 5G dəstəyini əldə edəcəklər. Bu faktor da smartfonların qiymətlərinin yüksəlməsinə səbəb olacaq. Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple hələ ki, 5G modemləri istehsal etməyə hazır deyil. Buna görə də şirkət həmin modemləri Qualcomm şirkətindən alacaq. Hal hazırda iPhone 11 Po Max modeli ABŞ-da 1099$-a satılır. Adi iPhone 12 modeli iəs 1200$-a və ya daha baha qiymətə satıla bilər. 2020-ci ilin birinci rübündə iPhone SE 2-nin satışa çıxması gözlənilir. Lakin o sadəcə 4G şəbəkəsini dəstəkləyəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti Chrome brauzerində faydalı funksiyanı reallaşdıracaq

Yeni funksiyasının testi Chrome betası çərçivəsində bir neçə həftədən sonra başlayacaq...


Xiaomi şirkəti Mi Band 5-in təkmilləşdirilmiş versiyası üzərində çalışa bilər..

Bir neçə müddət bundan öncə Xiaomi şirkəti 2 variantda Mi Band 5 fitnes qolbağını təqdim etmişdi. On..


Kontakt Home-da xüsusi endirimlə alınacaq – 10 ƏN YAXŞI ƏŞYA

Əgər karantinlə əlaqəli Kontakt Home-a gedə bilmirsinizsə, o zaman Kontakt Home sizin evinizə gələcə..


Tesla dünyanın ən bahalı avtomobil istehsalçısı oldu: Onun bazar dəyəri nə qədər..

Beləliklə şirkət Toyota-nı geridə qoyaraq dünyanın ən bahalı avtomobil istehsalçısı oldu...


Huawei və ZTE rəsmi olaraq ABŞ-ın milli təhlükəsizliyinə zərər yetirə biləcək şi..

ABŞ-ın əlaqələr üzrə federal komissiyası (FCC) Huawei və ZTE şirkətlərini rəsmi şəkildə milli təhlük..

×