Məşhur analitik iki SIM kart girişli iPhone'lar barəsində məlumatlar verdi
Elm & Texnologiya
19.04.2018
Farid Pardashunas
KGI şirkətindən olan məşhur analitik Ming-Chi Kuo təqdim
olunacaq 3 iPhone modeli barəsində yeni məlumatlar verib. Onun sözlərinə görə təqdim
olunacaq 3 iPhone modelindən 2-si iki SIM kart girişinə sahib olacaq. Onun
verdiyi məlumata əsasən 6.1 inç LCD ekrana sahib olacaq iPhone modeli iki
versiyada satılacaq: Bir və iki SIM kart girişli. Bir SIM kart girişli versiya
550-650$ qiymətində, iki SIM kart girişinə sahib olacaq versiya isə 650-750$
qiymətində satılacaq.
Bundan əlavə olaraq 6.5 inç OLED ekrana sahib olacaq
flaqman iPhone modeli də iki SIM kart girişi ilə təchiz olunacaq. Lakin 5.8 inç
OLED ekrana sahib olacaq iPhone yalnız bir SIM kart girişi ilə təchiz olunacaq.
Əgər Ming-Chi Kuo-nun məlumatları düzdürsə, iki SIM kart girişinə sahib olacaq
modellər iPhone üçün yeni qiymət seqmentini təqdim edəcək. Bundan əlavə olaraq əvvəlki
məlumatlarda qeyd olunmuşdu ki, iki ədəd flaqman iPhone modeli 4 GB RAM və L şəkilli
batareya ilə təchiz olunacaq. Yeni iPhone modellərinin təqdimatı ənənəvi olaraq
Sentyabr ayında baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ