main-post-cover

    Məşhur analitik iPhone SE 2-nin satışa çıxacağını təsdiqlədi

    Elm & Texnologiya
    04.10.2019
    Farid Pardashunas
        Məşhur çinli insayder Ming-Chi Kuo, Apple şirkətinin iPhone SE-nin davamçısı üzərində çalışdığını tədiqləyib. Bu barədə 9to5mac saytı xəbər verib. Məlumatda qeyd edilib ki, iPhone SE 2 smartfonu iPhone 8-in dizaynına sahib olacaq. Smartfon 4.7 düym LCD ekran, Touch ID texnologiyası, Apple A13 prosessoru və 3 GB RAM ilə təchiz olunmalıdır. Analitikin proqnozlarına inansaq, Apple şirkəti gələn il 20-30 milyon ədəd iPhone SE 2 sata bilər. iPhone SE 2-nin qiyməti barəsində analitik heç bir məlumat verməyib. Lakin güman etmək olar ki, onun qiyməti 700$-dan aşağı olacaq. Məlumata əsasən iPhone SE 2 gələn ilin mart ayında təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər