
Məşhur analitik yeni Apple məhsulları barəsində bəzi məlumatlar verdi
Elm & Texnologiya
11.09.2018
Emil
Sabah Apple şirkəti yeni iPhone modellərindən əlavə olaraq
digər məhsullarını da təqdim edəcək. Məşhur analitik Ming-Chi Kuo şirkətin yeni
məhsulları barəsində öz proqnozlarını verib. Ming-Chi Kuo əmindir ki, bir çox məlumat
sızıntılarına baxmayaraq Apple şirkəti hamını təəccübləndirə biləcək. Onun
fikrincə sabahki tədbirdə təqdim olunacaq hər bir məhsul əvvəlki veriyalardan fərqlənəcək.
Beləliklə Kuo bu proqnozları verib:
- iPad Pro planşeti Face ID texnologiyasına sahib olacaq və
Lightning girişi əvəzinə USB-C girişi ilə təchiz olunacaq. Bununla yanaşı şirkət
yeni planşet modelinin şarj adapterini 18 vattlığa dəyişəcək
- Yeni baha olmayan MacBook Air modeli 12 inç ekrana sahib
MacBook modelini əvəz edəcək. Yeni MacBook Air TouchBar özəlliyinə sahib olmasa
da Touch ID texnologiyasını özündə birləşdirəcək
- Böyük ekrana sahib olacaq Apple Watch Series 4 smart saatı
elektrokardioqrafiya ötürücülərini özündə birləşdirəcək. Bütün smart saat
modellərinin axa panelləri isə keramik materialdan hazırlanacaq.
Kuo həmçinin bildirib ki, 6.1 inç ekrana sahib olacaq büdcəli
iPhone modeli ya Sentyabrın sonunda yada Oktyabrın əvvəlində satışa çıxacaq.
Belə ki, büdcəli versiyanın istehsalında şirkət bəzi problemlər ilə qaşılaşıb.
Bundan əlavə olaraq analitik bildirib ki, şirkət həmdə Apple AirPods 2
qulaqlıqlarını və AirPower şarj stansiyasını təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
