main-post-cover

    Məşhur astrofizik Neil Degrasse Tyson: 'Musk, Jobs və Zuckerberg'dən daha vacibdir'

    Elm & Texnologiya
    23.11.2018
    Farid Pardashunas
        Elmin adi insanlar arasında məşhurlaşmasında əvəzsiz rolu olan məşhur astrofiziklərdən biri olan Neil Degrasse Tyson əmindir ki, Elon Musk-ın bir çox tənqidlərə məruz qalmış innovasiyaları gələcəyi tamamilə dəyişməyə və hətta müharibələrin qarşısını almağa qadirdir. “Steve Jobs ilə Bill Gates-in nə dərəcədə vacib olduqlarına şübhə yoxdur. Belə ki, onlar kompüter sahəsində inqilab yarada bildilər. Lakin fərq yenə də var. Çünki Elon Musk yeni tətbiqi deyil, yeni gələcəyi ixtira etməyə çalışır” – deyə astrofizik bildirib. Astrofizikin sözlərinə əsasən onlardan fərqli olaraq Musk cəmiyyət, mədəniyyət, insanların bir-biriləri ilə necə qarşılıqlı əlaqədə olmaları və insan sivilizasiyasının yeni mərhələyə qədəm qoyması üçün hansı gücləri sərf etmək lazım olduğu barəsində düşünür.
        Məsələn Musk nəqliyyat sahəsində inqilab yaratmağa çalışır. Bununla yanaşı o, insanları Mars-a göndərmək istəyir. Güman etmək olar ki, Musk-ın kosmik planları astrofizikin maraqları ilə üst-üstə düşdükləri üçün o, Musk barədə bu cür düşünür. Lakin astrofizik tamamilə başqa fikirdədir. Digər planetlərin insan tərəfindən mənimsənilməsi böyük imkanlar verəcək. Bundan əlavə olaraq bu, resurslar üzərində ciddi rəqabətə son qoyacaq. Bu cür rəqabətlər isə adətən müahirəbələrə gətirib çıxardır.
        “Kosmos resurslar baxımından sonsuz mənbədir. O resurslar hasılardan ötrü ki, biz Yer kürəsində müharibələrə mərzu qalırıq. Müharibə yaratmaq lazım deyil. Sadəcə hansısa asteroidə uçun və lazımi resursları əldə edin” – deyə astrofizik bildirib. Oun sözlərinə görə qlobal pasifizmin əsas iki texnologiyası sırasında kosmosda faydalı qazıntıların tapılması və sonsuz enerji mənbəyinin əldə olunmasıdır. Elon Musk məhz bunlara nail olmaq üzrə çalışır. “Komosa laqeyd yanaşmayan insanlar Musk-a da laqeyd yanaşmırlar” – deyə astrofizik əlavə edb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər