
Məşhur banklar kredit kartı ilə kriptovalyuta əməliyyatlarını qadağan etdilər
Elm & Texnologiya
05.02.2018
Emil
İngiltərə və ABŞ sakinləri kredit kartlardan istifadə edərək kriptovalyuta tranzaksiyalarını keçirdə bilməyəcəklər.
Bu məhdudlaşdırıcı proses ABŞ-ın
Bank of America, Citigroup və JP Morgan Chase bankları və İngiltərənin Lloyds
Bank, Bank of Scotland, Halifax, MBNA banklarının müştərilərinə şamil olunacaq.
Bu cür qərarı banklar bitcoin və altcoinlərin qiymət göstəricilərinin dəyişilməsi
ilə əlaqələndiriblər. Bitcoinin qiymətinin düşməsi ucbatından kredit kartlardan
istifadə edərək kriptotranzaksiyaların keçirilməsinə ilk qadağa Yanvar ayında
başladı.
Həmin vaxtda Capital One və TD Bank adlı banklar bildirmişdilər ki, təhlükəsizlik
baxımından onlar bitcoin tranzaksiyalarının keçirilməsini dayandırıblar. Fevral
ayının əvvəlində isə İngiltərənin və ABŞ-ın böyük bankları da bu yolla getməyi
qərara aldılar. Bloomberg saytının məlumatlarına əsasən JP Morgan Chase, Bank
of America və Citigroup kimi banklar artıq kredit kartları vasitəsilə bitcoin və
digər kriptovalyuta tranzaksiyalarına qadağa qoyublar.
Bununla belə hələ
Yanvar ayında JP Morgan Chase bankının müştəriləri bu cür maliyyə əməliyyatlarının
keçirilməsi imkanına sahib idilər. Lakin 3 Fevral tarixindən başlayaraq bu
qadağa qüvvəyə mindi. Bu qadağa bütün kredit kart sahiblərinə (həm şəxsi həmdə
korporativ) şamil olunur. Lakin sadalanmış bankların müştəriləri hələ də debet
kartları vasitəsilə bitcoin ala bilərlər. Bankların bu cür qadağanı qəbul etmələrində
bir neçə səbəb var. Onların arasında kriptoalyutaların qiymətlərinin düşmələri
fonunda müştərilərin öz borclarını banklara qayatara bilməyəcəkləri, müştərilərin
kredit kart məlumatlarının hackerlərin əllərinə keçməsi, kriptovalyutalar vasitəsilə
külli miqdarda pul yuma var.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
