Logo
    main-post-cover

    Məşhur brendlərin logolarındakı A, B və O hərfləri hara yoxa çıxır?

    Dünyanın dörd bir yanındakı böyük şirkətlər, A, B və O hərflərini logolarından qaldırmağa başladı. İnsanların diqqətindən qaçmayan bu hərəkatın adı #MissingType, yəni itmiş hərfdir.
    Londonda yerləşən PR agentliyi olan "Engine Group", qanvermənin vacibliyini vurğulamaq və qanvermə faizini artırmaq üçün məşhur brendlər vasitəsilə diqqət çəkməyə çalışır.
    Bu hərəkata qoşulanlar arasında "Microsoft", "Google", "Tesco" kimi brendlərlə birgə, Amsterdam, Toronto kimi böyük şəhərlər də var. Amsterdamın məşhur "I Amsterdam” heykəlindəki "a" hərfləri silinərkən, Torontonun məşhur heykəlindəki "o" hərflərinin işıqlarını söndürməsi buna işarədir. Şəhərlər bu hərəkata olan dəstəklərini sosial media hesablarında da paylaşmışdırlar.

    "Dünya Sağlamlıq Təşkilatı", gəlir səviyyəsi yüksək olan ölkələrdə hər 1000 nəfərdən sadəcə 33ünün, orta gəlirlilərdə hər 1000 nəfərdən sadəcə 12sinin və aşağı gəlirli ölkələrdə isə hər 1000 nəfərdən sadəcə 5inin qan verdiyini qeyd edir.
    Tədqiqatlar, son on ildə, qanvermədə 30%-lik enmə yaşandığını göstərir. Bunun səbəbi, sadəcə insanların qan vermək istəməməsi deyil, eyni zamanda uyğun donorların seçimində işlədilən qəti qaydalardır. Tez-tez beynəlxalq səyahətlər edən və döymə sahibi olan insanlar qan verə bilməzlər. Eyni zamanda homoseksualların da qan vermələrinə maneə var.

    Hərəkata Twitter, Facebook Instagram kimi sosial media platformaları üzərindən dəstək verməyi düşünürsünüzsə, öz adınızda olan A, B və O hərflərini 21 Avqusta qədər silə bilərsiniz. Qan bankına qan vermək istəsəniz bu daha yaxşı olacaqdır.
    Hörmətlə: Technte.Z
    Paylaş
    Bənzər xəbərlər