main-post-cover

    Məşhur coworkinglər şəbəkəsi olan WeWork sentyabr ayında IPO keçirtməyi planlaşdırır

    Elm & Texnologiya
    24.07.2019
    Farid Pardashunas
        Məşhur coworkinglər şəbəkəsi olan WeWork bu ilin sentyabr ayında öz IPO-nu keçirtməyi planlaşdırır. Yəni investorların gözlədiklərindən daha tez bir zamanda. Şirkət IPO çərçivəsində 3.5 milyard dollar dəyərində səhm satmağı planlaşdırır. Lakin bu göstəriciyə hələ yenidən baxılacaq.
        Bu barədə The Wall Street Journal ilə Bloomberg saytlarına istinadən Vc.ru saytı xəbər verib. Çox güman ki, WeWork rəhbərliyinin IPO-nu tez zamanda keçirtmək istəməsinin əsas səbəbi ondan ibarətdir ki, hal hazırda ABŞ-ın fond birjası rekord göstəricilər sərgiləyir və bu göstəricilər heç hər zaman olmayacaq.
        WeWork bu məsələyə fikir bildirməkdən imtina edib. Qeyd etmək lazımdır ki, WeWork IPO-nun keçirilməsi üçün nəzərdə tutulmuş sənədləri hələ keçən ilin dekabr ayında təqdim etmişdi. Həmin sənədlər barəsində isə bu ilin aprel ayında məlum oldu. WeWork 2010-cu ildə təsis edilib və bütün dünya üzrə 124 şəhərdə fəaliyyət göstərir. Bu ilin yanvar ayında SoftBank onu 47 milyard dollar dəyərində qiymətləndirmişdi. 2018-ci ildə şirkətin biznesi bir xeyli vəsait itirmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər