main-post-cover

    Məşhur crowdfunding platforması olan Indiegogo ICO layihələrin dəstəyinə başladı

    Elm & Texnologiya
    13.12.2017
    Farid Pardashunas
    Məşhur crowdfunding platforması olan Indiegogo ICO vasitəsilə vəsait cəlb etmək istəyən layihələri dəstəkləməyə başlayıb.
    Bu barədə Techcrunch saytı xəbər verib. Indiegpgp dəstəyi sayəsində tokenlərin satışına start verən ilk layihə isə Fan-Controlled Football League oldu. Bu layihə futbol liqasının yaradılması üçün 5 milyon dollar vəsait cəlb etmək fikrindədir. Həmin liqada azarkeşlər sevdikləri komandalara təsir edə biləcəklər. Layihə artıq 54 investordan 980.000$-dan çox məbləğ yığıb.
    “Bizim ICO servisimiz elə qurulub ki, maksimal sayda investorlara tokenlərin satılması və yenidən satılması imkanı verilsin. Biz ICO-nu hamı üçün əlçatan etmək istəyirik” – deyə Indiegogo-nun təsisçisi Slava Rubin bildirib.
    Rubin-in sözlərinə əsasən Indiegogo-nun aylıq auditoriya sayı 10 milyon insandır. The New York Times-ın verdiyi məlumata əsasən ICO-nun məşhurluq qazanması fonunda şirkətin bu tendensiyadan yan keçməsi çətin məsələ idi. Coindesk-in məlumatına əsasən bu ilin əvvəlindən startaplar ICO vasitəsilə ümumilikdə 3.5 milyard dollar vəsait cəlb ediblər.
    Indiegogo yeni sistemi MicroVentures adlı servis vasitəsilə inkişaf etdirir. Həmin servis isə ICO layihələrə SAFT (Safe Agreement for Future Tokens) modeli üzrə investisiya yatırmağı təklif edir. Bu model üzrə investorlar tokenlərin yerinə onlara olan opsionları əldə edirlər. Bu cür sistem fond bazarının, vergi qanunvericiliyinin və ABŞ-ın maliyyə xidmətləri sahəsinin normalarına cavab verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər