Məşhur ekspert Sentyabrda təqdim olunacaq Apple məhsulları barədə məlumatlar verdi
Elm & Texnologiya
27.06.2018
Farid Pardashunas
Məşhur analitik Ming-Chi Kuo (KGI
Securities şirkətindən TF International Securities şirkətinə keçib) həmişəki
kimi ən yaxşı bacardığı işi görür: O, Apple şirkətinin yaxın müddətdə təqdim edəcəyi
məhsullar haqqında məlumat verir. Onun indiyənə kimi verdiyi məlumatlar
siyahısına və həmin məlumatların digər mənbələr tərəfindən təsdiqlənməsinə nəzər
saldıqda anlamaq olar ki, onun sözlərinə güvənmək olar. Buna görə də o deyəndə
ki, LCD ekrana sahib iPhone 2018 modeli nəinki realdır həmdə Sentyabr ayında
satışa çıxacaq, deməli bu belə də olacaq.
Keçən il iPhone X, iPhone 8 və iPhone
8 Plus modellərindən bir qədər gec satışa çıxdı. Bu, OLED ekranların
istehsalında yaşanmış problemlər ilə əlaqəli idi. Həmin taleyin bu il də ekran
üzərində çərçivəyə sahib olacaq LCD ekranlı iPhone 2018 modeli üçün də olacağı
güman edilirdi. Lakin Ming-Chi Kuo həmin şayiələri alt-üst etdi. Bundan əlavə
olaraq onun sözlərinə görə şirkət 6.1 inç ekrana sahib olacaq iPhone modelini
3D Touch texnologiyasından məhrum edəcək və onun arxa panelinə bir ədəd kamera
yerləşdirəcək.
Güman olunur ki, Sentyabrda satışa çıxacaq bu iPhone modelinin
qiyməti 600-700$ dəyərində olacaq. Bu isə öz növbəsində iPhone X modelinin
dizaynını bəyənən lakin onun qiymətindən narazı qalan istifadəçilərə öz
smartfonlarını yeniləmək imkanını verəcək. Bundan əlavə olaraq məşhur analitik
istifadəçi üzünün skan texnologiyasına sahib olacaq (çox güman ki, Touch
ID-siz) iPad Pro modelindən də xəbər verib. Bununla yanaşı onun sözlərinə əsasən
bizləri həmçinin ucuz MacBook Air modeli və böyük ekrana sahib olacaq yeni nəsil
Apple Watch saatları gözləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)