
Məşhur GIF platforması Giphy-i yenidən 72 milyon dollar investisiya aldı
Elm & Texnologiya
07.05.2017
Farid
İnternet aləminin ən böyük GIF
platformalarından olan Giphy daha əvvəl 55
milyon dollar yatırım almışdı. Amma bu dəfə bu məbləğ daha da artaraq 72 milyon dollar olub. Bu günədək
ümumilikdə 151 milyon dollar almağa
nail olan Nyu Yorkda yerləşən startapın hal-hazırki dəyəri 600 milyon dollar təşkil edir.
Giphy pulsuz xidmət verən platforma olsa da, onun 80%-lik fəaliyyəti
televiziya, film və məhşurların payına düşür. Giphy-nin CEO-su Alex Chungise gələcəkdə bu platformanın
reklam yayımı üçün vacib xarakter daşıdığını gizləmir. Amma bu reklamların nə şəkildə
təşkil olunacağı və şirkətin gəlir modelinin necə təşkil olunması haqda məlumat
verilmir.
Giphy bağlanmaqda olan Vine-nın videolarını ala biləcəyini qısa zaman əvvəl elan etmişdi.
Hətta bunun üçün istifadəçilərin Vine-larını GIF-ə çevirmək üçün xüsusi proqram
da təklif etmişdi. Bununla Giphy həm Vine istifadəçilərini qazanmış olacaq, həm
də Vine videolarını öz platformasında GIF olaraq təqdim edəcəkdi.
Paylaş
Bənzər xəbərlər