main-post-cover

    Məşhur insayder Apple AirPods 2 qulaqlıqlarının təqdimatı barəsində məlumat verib

    Elm & Texnologiya
    13.02.2019
    Farid Pardashunas
        OnLeaks ləqəbi ilə tanınan məşhur insayder Apple şirkətinin AirPods 2 naqilsiz qulaqlıqları barəsində yeni məlumatlar verib. Beləliklə onun verdiyi məlumatlara əsasən AirPods 2 qulaqlıqları bu ilin payız fəslində təqdim olunacaqlar. Çox güman ki, şirkət qulaqlıqları yeni iPhone modelləri ilə birlikdə sərgiləyəcək. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, yaxın zamanda Apple şirkəti naqilsiz şarj texnologiyasını özündə birləşdirəcək keysə sahib AirPods qulaqlıqlarını satışa çıxardacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, AirPods 2-nin gövdəsi xüsusi boyaya sahib olacaq. Bu üsulla qulaqlıqlar istifadəçi qulağında daha yaxşı oturacaqlar. Şirkət həmçinin yeni qulaqlıqlara ürək döyüntülərinin ölçülməsi ötürücülərini də əlavə edəcək. Məlumata əsasən AirPods 2 200$ qiymətində satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər