
Məşhur insayder: 'Apple artıq Vision Pro-nun sadələşdirilmiş versiyası üzərində çalışır'
Elm & Texnologiya
12.06.2023
Emil
Keçən həftə Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazını təqdim etdi. Görünür, şirkət artıq onun sadələşdirilmiş versiyası üzərində çalışır. Bu barədə məlumatı Bloomberg saytının məşhur insayderi Mark Gurman verib. Vision Pro-nun sadələşdirilmiş versiyasının Apple Vision və ya Vision One adını əldə edəcəyi güman edilir. Çox güman ki, cihaz daha sadələşdirilmiş ekranları və daha aşağı performansa sahib prosessoru əldə edəcək.
Bununla yanaşı Vision Pro-dan fərqli olaraq sadələşdirilmiş versiya daha az sayda kamera və sensor ilə təchiz olunacaq. Vision Pro-nun əsas komponentlərinə gəldikdə isə onlar sadələşdirilmiş versiyada olduğu kimi qalacaqlar. Söhbət, kənar şəxs tərəfindən Vision Pro-nun istifadəçisinin gözlərinin görməsi texnologiyası olan EyeSight-dan və gözlər ilə əllərin hərəkətlərini izləyən sistemdən gedir. Mark Gurman-ın sözlərinə əsasən Vision Pro-nun sadələşdirilmiş versiyasını yaxın zamanda gözləmək lazım deyil. Hər şey yolunda getsə, yeni cihaz 2025-ci ildə təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər