Məşhur insayder Apple M3 prosessorları barəsində məlumatlar verib

Məşhur insayder Apple M3 prosessorları barəsində məlumatlar verib

Texnologiya
15.05.2023 PAYLAŞIM

    Bloomberg saytının insayderi Mark Gurman-ın verdiyi məlumata əsasən Apple şirkəti öz yeni prosessorunun testlərinə artıq start verib. Məlumatda qeyd edilib ki, test edilən yeni prosessor M3 Pro adına sahibdir. Bununla yanaşı insayder digər M3 modelləri barəsində də məlumat verib. Söhbət M3 Max M3 Ultra-dan gedir. Apple şirkətinin sözügedən yeni prosessorları TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək.

    Bununla yanaşı M3 Pro modeli 12 nüvəli CPU 18 nüvəli GPU, M3 Max modeli 14 nüvəli CPU və 40 nüvəli GPU, M3 Ultra isə 28 nüvəli CPU və 80 nüvəli GPU ilə təchiz olunmalıdır. İnsayderin sözlərinə əsasən M3 Pro 36 GB-lıq RAM-ı dəstəkləyəcək. Apple şirkətinin bu yeni prosessorlarının nə zaman təqdim olunacaqları bilinmir. Lakin məlumatda qeyd edilib ki, şirkət M3 Pro-ya sahib yeni nəsil MacBook Pro-nu artıq test etməyə başlayıb.




DAHA ÇOX


HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil..

HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib...


Samsung barmaq izi skanına sahib bank kartını təqdim edib (VİDEO)

Samsung tərəfindən təqdim edilmiş Biometric Card IC yüksək səviyyəli təhlükəsizliyə sahib yeni nəsil..


Mark Zuckerberg Meta Quest 3 adlı yeni VR cihazı anosn edib - QİYMƏTİ (VİDEO)..

Meta-nın CEO-su Mark Zuckerberg Quest 3 adlı yeni VR cihazı anons edib.


BOE şirkəti 16K keyfiyyətli 110 düym ekrana sahib televizorunu təqdim edib

Çinin BOE şirkəti SID Display Week 2023 sərgisi çərçivəsində 16K keyfiyyətli 110 düym ölçülü ekrana ..


Qualcomm Snapdragon 8 Gen 3 prosessorunun təqdimat tədbirini anons edib

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon Summit adlı növbəti təqdimat tədbirini anons edib...


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..

×