Logo
    main-post-cover

    Məşhur insayder Apple M3 Ultra prosessoru barəsində məlumatlar verib

        Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple M3 prosessor seriyasına daxil olacaq modellərdən biri barəsində məlumatlar verib. Söhbət, M3 Ultra prosessorundan gedir. İnsayder tərəfindən verilmiş məlumatlarda M3 Ultra hansı sayda CPUGPU nüvələrini əldə edəcəyi qeyd edilib. Beləliklə insayder bildirib ki, M3 Ultra prosessoru 32 ədəd CPU nüvəsini (24-ü performanslı, 8-i enerji effektivli) və 64 ədəd GPU nüvəsini əldə edəcək. Lakin bu göstəricilər M3 Ultra-nın adi versiyası üçün nəzərdə tutulub. Belə ki, prosessorun ən flaqman versiyası 80 ədəd GPU nüvəsinə sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər