main-post-cover

    Məşhur insayder Evan Blass, Android P'nin final versiyasının dəqiq çıxış tarixini bildirdi

    Elm & Texnologiya
    04.08.2018
    Farid Pardashunas
        Məşhur insayder Evan Blass öz Twitter hesabında yeni əməliyyat sistemi olan Android P-nin final versiyasının çıxış tarixini bildirib. Blass-ın məlumatlarına əsasən əməliyyat sisteminin final versiyası 20 Avqust tarixində təqdim olunacaq. Bu tarix göstəricisi məntiqlidir. Belə ki, Android Nougat 22 Avqust, Android Oreo isə 21 Avqust tarixində təqdim olunmuşdu. Google şirkəti isə Android P-nin çıxış tarixini hələki sirr olaraq saxlayır. Bununla yanaşı şirkət həmçinin yeni əməliyyat sisteminin tam adını da açıqlamır. Bir sıra məlumatlara əsasən növbəti Android versiyası Android Pictachio, Android Popsicle və ya sadəcə olaraq Android Pie adlana bilər. Qeyd etmək lazımdır ki, Android P-nin artıq 5 test versiyası təqdim olunub. Məlumata əsasən Android P-nin final versiyasını ilk öncə Pixel Nokia smartfonları əldə edəcəklər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər