main-post-cover

    Məşhur insayder Galaxy Note 10+ smartfonunun texniki göstəriciləri barəsində məlumat verdi

    Elm & Texnologiya
    24.07.2019
    Farid Pardashunas
        OnLeaks ləqəbi ilə tanınan məşhur insayder təqdimata hazırlaşan Galaxy Note 10+ smartfon modelinin texniki göstəriciləri barəsində məlumat verib. Bu barədə 4pda saytı xəbər verib. Onun sözlərinə əsasən smartfon 6.8 düym AMOLED ekran, Snapdragon 855 Plus / Exynos 9825 prosessoru, 8 GB RAM, UFS 3.0 standartlı 256 GB daxili yaddaş həcmi və 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasını dəstəkləyəcək.
        Lakin smartfonun komplektinə 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı şarj cihazı yerləşdiriləcək. Bundan əlavə olaraq insayder bildirib ki, smartfon həmçinin 15 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək. Galaxy Note 10+ modeli 4 arxa kamera moduluna sahib olacaq:
        12 MP (genişbucaqlı) + 16 MP + 12 MP (teleobyektiv) + ToF modul. Bununla yanaşı OnLeaks bildirib ki, Galaxy Note 10+ modeli Air Actions adlı funksiyanı əldə edəcək. Güman olunur ki, bu funksiya vasitəsilə S Pen stilusundan istifadə edərək hansısa hava jestləri ilə smartfonu idarə etmək mümkün olacaq. Lakin söhbətin hansı hava jestlərindən getdiyi bilinmir. Qeyd etmək lazımdır ki, Galaxy Note 10 seriyasının təqdimatı 7 avqust tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər