main-post-cover

    Məşhur insayder Galaxy S10 Plus smartfonu barədə yeni məlumat verdi

    Elm & Texnologiya
    14.01.2019
    Emil Nəcəfov
        İnternetdə yeni Galaxy S flaqman seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Məşhur insayder Ice Universe-in verdiyi yeni məlumata əsasən Galaxy S10 Plus modeli 7.8 mm qalınlığında gövdəyə və 4000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S9 Plus modelinin gövdəsi 7.5 mm qalınlığında gövdəyə və 3500 mAh enerji tutumlu batareyaya sahibdir.
        Əvvəlki məlumat sızıntılarına inansaq, Galaxy S10 Plus modeli 6.4 düym ekran, Snapdragon 855/Exynos 9820 prosessorları (satışa çıxacağı bazardan asılı olaraq), üç və ya dörd arxa kamera və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiiyası ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, yeni Galaxy S10 flaqman seriyası 20 fevral tarixində San Fransiskoda keçiriləcək Unpacked 2019 tədbiri çərçivəsində təqdim ediləcək.
    Linki kopyala