Məşhur insayder Galaxy S10 seriyasının hər 3 smartfonunun dizaynını ortaya çıxardı
Elm & Texnologiya
19.01.2019
Emil Nəcəfov
Samsung-un yeni Galaxy S seriyasının təqdimatına demək olar ki, 1 ay qalmış məşhur insayder Evan Blass hər 3 Galaxy S10 modelinin dizaynlarını ortaya çıxardı. Beləliklə Galaxy S seriyasının ən kiçik təmsilçisi Galaxy S10E olacaq. İnsayderin verdiyi məlumata əsasən həmin smartfon modeli məhz Galaxy S10E adlanacaq. O, 5.8 düym ekran, ikili arxa kamera və 3100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Standart versiya olacaq Galaxy S10 modeli 6.1 düym ekran (ekranın kənarları əyilmiş şəkildə olacaq), üçlü arxa kamera və 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yeni faqman seriyanın ən böyük modeli olacaq Galaxy S10 Plus isə 6.4 düym ekran, ikili ön kamera, üçlü arxa kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Güman edilir ki, hər bir modelin ekranına ultrasəs texnologiyası əsasında hazırlanmış barmaq izi skanı texnologiyası inteqrasiya ediləcək. Bu isə adi optik barmaq izi skanı texnologiyasından daha effektivdir. Satışa çıxacaqları bazardan asılı olaraq Galaxy S10 ilə S10 Plus modelləri Snapdragon 855 və ya Exynos 9820 prosessorlarına sahib olacaqlar. Galaxy S10E modelinin texniki göstəriciləri barəsində isə heç bir dəqiq məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Galaxy S10 seriyasının təqdimatı 20 fevral tarixində San Fransiskoda baş tutacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!